“Azərbaycan hökuməti bütün kompensasiyaları vaxtında ödəyir” - Prezident Administrasiyasının rəsmisi
“Deməzdim ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə edilən şikayətlərin sayı artır. Fikrimcə, azalma müşahidə edilir. Avropa Məhkəməsində aparılan islahatlar da imkan yaradır ki, şikayətlərə daha tez baxılsın. Azərbaycan Avropa Məhkəməsində öz maraqlarını, mövqeyini lazımi qaydada müdafiə edir”.
Bunu İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib.
Ç.Əsgərov qeyd edib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasında hər şey qaydasındadır: “Bununla bağlı həm fərdi, həm də ümumi xarakterli tədbirlər həyata keçirilir. Azərbaycan hökuməti bütün kompensasiyaları ödəyir. Kompensasiyaların ödənilməsi üçün hər hansı müddət məhdudiyyəti yoxdur. Lakin Avropa Məhkəməsinin qərarlarında belə bir qayda var ki, əgər kompensasiya 3 ay müddətində ödənilmirsə, həmin məbləğin üzərinə cüzi miqdarda faiz gəlir. Bu da dövlətlər üzərinə həmin kompensasiyanın tez bir zamanda ödənilməsi üçün hüquqi öhdəliklər qoymur”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək