XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Eldar Mahmudov çetesinə işləmiş Agentlikdə milyonluq yeyinti - Faktlar

Eldar Mahmudov çetesinə işləmiş Agentlikdə milyonluq yeyinti - Faktlar

Eldar Mahmudov çetesinə işləmiş Agentlikdə milyonluq yeyinti - Faktlar
30-11-2017, 10:25

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi enerji daşıyıcılarının bahalaşmasından sonra medianın gündəminə gəlib
Prezident Fərmanı ilə yaradılan agentlikdə baş verənlər və rəhbərliyin əməlləri mətbuatda və sosial şəbəkələrdə geniş yayılıb.
Prezidentin fərmanı ilə yaradılmış agentlikdə ciddi yeyintilərə yol verilib.
Bu haqda daha detallı yazan cumhuriyyet.net portalının məlumatına görə, Agentliyin saxlanılması ilə əlaqədar büdcə proqnozlarının tərtibi zamanı bir sıra xərclər üzrə real tələbat və əvvəlki illərin icra səviyyəsi nəzərə alınmayıb.
Eyni texniki parametrlərə malik və eyni istehsalçıdan podratçı tərəfindən alınmış günəş panelləri sifarişçinin aldığı günəş panellərinin qiymətləri ilə müqayisədə çox şişirdilib.
Agentlikdə müddətli əmək müqaviləsi ilə işləyən işçilərə nəzərdə tutulmadığı halda mükafat verilib. Ezamiyyət xərcləri üzrə artıq vəsait xərcinə yol verilib.
Agentlikdə qanunsuz ezamiyyət xərclərinə 200 min 35 manat büdcə vəsaiti «silinib». Və satınalmalar minimum məbləğ həddinə əməl edilməyərək ayrı-ayrı hissələrə bölünərək həyata keçirilib.
Yerinə yetirilməyən işlərin uçota alınmaması nəticəsində 567 min 633 manat vəsait talan edilib.
Bundan başqa, Dövlət Büdcəsinin Ehtiyat Fondundan ayrılan vəsaitin istifadəsi zamanı alternativ enerji mənbələrinin yaradılması obyektləri üzrə tikinti-quraşdırma işlərinin başa çatdırılıb istifadə olunmasına baxmayaraq obyektlərin istismara qəbulu ilə əlaqədar dövlət qəbul komissiyası yaradılmayıb.
Qəbul kormissiyasının «Maliyyə vəziyyəti haqqında hesabat»ın, «Sair uzunmüddətli maliyyə aktivləri haqqında» hesabında başa çatdırılmayan kapital qoyuluşları tam həcmdə aktivlər kimi uçota alınmayıb.
Nəticədə 51 min 39 manat isə başa çatdırılmayan kapital qoyuluşları və müvafiq qanunlarla bağlı talan edilib.
Media üzərindən xəbərə görə, Hesablama Palatası da Agentlikdə ciddi maxinasiyalar aşkarlayıb.
Hələ bu ilin əvvəlində Prezident İlham Əliyev Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman da imzalayıb.
Fərmanın adından da görünür ki, məqsəd Agentliyin alternativ enerji istehsalçılığı sahəsində daha geniş təcrübəyə malik olan Çin Xalq Respublikasının Energetika üzrə Dövlət İdarəsi arasında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu hüquqi statusa malik olsun, həyata vəsiqə alsın…
Yenə də ötən müddətdə faydalı bir işin şahidi deyilik. Halbuki Xəzəryanı bölgələrimiz il boyu həm külək, həm də günəş enerjisi ilə zəngindir. Elə sinoptiklərimizin ilboyu hava proqnozlarına diqqət yetirmək kifayətdir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbər şəxslərinin adı “MTN işi”ndə hallanıb.
Söhbət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov, həmin agentliyin nəzdində olan “Azalternativenerji” MMC-nin direktoru vəzifəsində şalışan Rizvan Vəliyev və digərlərindən gedir.
Rizvan Vəliyev ölkənin maliyyə dayanıqlığına ağır zərbə vuran, qanunsuz olaraq milyardlarla vəsaitin xaricə çıxarılmasına şərait yaradan MTN-nin Hava Limanı İdarəsinin bu günlərdə işdən çıxarılan sabiq rəisi Pərviz Vəliyevin qardaşıdır.
Akim Bədəlov isə Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan polkovnik Pərviz Vəliyevin dayısıdır.

Palitika.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.