Alternativ enerji şefinin “Azərişıq”a gedən yolu bağlandı - Bədəlova rədd cavabı verilib
Ölkənin alternativ enerji şefi Akim Bədəlovun qüsurlu fəaliyyəti onu yuxarıların gözündən salıb
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun növbəti arzusu da suya düşüb. Belə ki, etibarlı mənbələrdən daxil olan məlumata görə Akim Bədəlova “Azərişıq” ASC-nin sədri olmaq iddialarına rədd cavabı verilib.
Mənbə bildirib ki, daha əvvəl “Azərenerji” Açıq tipli Səhmdar Cəmiyyətinə sədri vəzifəsinə göz dikmiş Agentlik sədrinin xahişləri nəzərə alınmamışdı. Bundan sonra isə vakansiya əmələ gələn “Azərişıq” ASC-nin sədri postuna iddiasını ortaya qoyan A.Bədəlovun bu arzusu da reallaşmayıb. Bu dəfə ona qəti rədd cavabı çatdırılıb.
Mənbə qeyd edib ki, Akim Bədəlovun istəklərinə rədd cavabı verilməsinin səbəbi onun rəhbərlik etdiyi agentlikdə uğur qazana bilməməsidir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə indiyə qədər dşvlət tərəfindən 3 milyard manatdan artıq sərmayə qoyulsa da bu sərmayə faktiki olaraq batırılıb.
Akim Bədəlovun yeni alternativi - Ya “Azərişıq”, ya da “Metropoliten”...
Agentliyin yaradılmasından və Akim Bədəlovun bu quruma rəhbər təyin olunmasından beş ildən artıq vaxt keçsə də bu günə qədər qarşıya qoyulmuş öhdəliklər yerinə yetirilməyib. Hələ indiyə qədər hansı bir dövlət obyekti Agentliyin istehsal etdiyi alternativ enerji qurğularının hesabına tam olaraq enerji ilə təchiz olunmayıb. Agentliyin magistral yol kənarlarında “sərgi kimi” qurduğu günəş panellərindən heç biri işləmir və bu panellər sadəcə maketlərdən ibarətdir.
Qeyd edək ki, bu barədə PİA.az ötən həftə geniş yazı ilə çıxış edib. Dünən isə REAL TV-nin xəbərlər proqramında yayımlanan videosüjetdə bir daha sübüt olunub ki, Akim Bədəlovun rəhbərliyi altında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin qurduğu günəş panellərindən çıxan məftillər elə panellərin arxasında gizlədilib.
Xatırladaq ki, əvvəllər dövlət qurumları üçün inzibati bina tikintisi həyata keçirən cənab Bədəlov bu sahədə də böyük qüsurlara imza atıb.
PİA.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...