XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bakıya yağış, qar gəlir - DİQQƏT

Bakıya yağış, qar gəlir - DİQQƏT

Bakıya yağış, qar gəlir - DİQQƏT
22-11-2017, 11:56

"Yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gündən ölkə ərazisində havanın tempraturunun dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir:

"Artıq paytaxtda hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir. Yaxın iki-üç gün ərzində də paytaxtda hava şəraiti qeyri-sabit olacaq, arabir yağış yağacaq. Havanın tempraturu ötən günlərlə müqayisədə 5-8 dərəcəyə qədər aşağı enəcək.

Bölgələrdə də hava şəraitinin dəyişməsi müşahidə olunur. Bəzi rayonlarda şimal-qərb küləyi əsir. Yağışlı hava şəraiti növbəti günlərdə də müşahidə oluanacaq. Bəzi yerlərdə yağışın leysan xarakterli olması ehtimal olunur. Dağlıq və dağətəyi rayonlarda yağışın sulu qar və qara keçməsi istisna olunmur. Bölgələrdə havanın tempraturu ötən günlərlə müqayisədə yaxın 2 gündə tədricən aşağı enəcək. Bu cür hava şəraiti noyabrın 24-ü gündüz saatlarına kimi davam edəcək”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.