SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Tarix:

26-01-2017, 13:29

/ 1 917 dəfə oxundu.
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında gündüzdən ayın sonunadək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Arabir yağış yağacaq, bəzi yerlərdə sulu qara, qara keçəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
Şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında yanvarın 27-dən ayın sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

Şərhlər

XƏBƏR LENTİ