XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Prezident Xırdalanda binaların təmirinə 3 milyon ayırdı

Prezident Xırdalanda binaların təmirinə 3 milyon ayırdı

Prezident Xırdalanda binaların təmirinə 3 milyon ayırdı
16-11-2017, 18:44

Prezident İlham Əliyev noyabrın 16-da “Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.