Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki zəhərli,çirkab maddələrini gölə axıdır- Video
Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının “Sobsan” boya fabrikindən daha bir qanunsuzluq.
“Sobsan” boya fabriki ekologiyanı korlayıb, çirkli suları gölə axıdır.
Qeyd edək ki, Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarına məxsus olan “Sobsan” boya Azərbaycanın ilk boya fabrikidir.
Şirkətin təsisçisi Cavid Səbzəliyev həmçinin “Technol” markalı yağların istehsalçısıdır.
Şirkət Qafqaz regionunun ən böyük boya və boya xammalı fabrikidir. Şirkətdə 500-dən çox işçi çalışır.
Əslində “Sobsan” boya fabriki qardaşların təsis etdiyi “Rəmzi-S” MMC-yə məxsusdur.
Bu fabriklə bağlı daxil olan şikayətlərə baxanda adam dəhşətə gəlir. Bu qədər şikayətmi olar ?
Bu fabrik boya istehsalı zamanı yaranan və ətraf mühit üçün ziyanlı olan xeyli kimyəvi maddələri su hövzələrinə axıdır.
Adama deyərlər ki, ermənilər işğal olunmuş ərazilərimizdə çaylarımızı, su hövzələrimizi zəhərləyirdi.
Onlarla sizin hərəkətlərinizdə nə fərqiniz, cənab Səbzəliyev qardaşları..?
Milyonları qazanırsınız və ölkənin ekologiyasını zəhərləyirsiniz.
Onuda əlavə edək ki, “Sobsan” boya fabrikinin sahibləri olan Səbzəliyev qardaşları o qədər varlanıblar ki, artıq mühüm vəzifələrə qohum-əqrəbalarını yerləşdirirlər.
Məsələn, sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə qohum olan qardaşlar öz əmisi qızları Gülnaz Dadaşovanı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdiriblər.
Təsəvvür edirsiniz, bu gənc xanım direktor olan kimi səhiyyə ocağını sanki bazara çevirib.
Bir sözlə, “Sobsan” boya cəmiyyətimizi öz istədiyi rəngə boyaya-boyaya gedir. Ekologiya.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?