SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident Samux və Göygölə pul ayırdı - 3 milyon manat

Prezident Samux və Göygölə pul ayırdı - 3 milyon manat

Tarix:

22-08-2017, 09:11

/ 60 414 dəfə oxundu.
Prezident Samux və Göygölə pul ayırdı - 3 milyon manat

Prezident İlham Əliyev Samux rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə rayonun mənzil fonduna daxil olan 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədilə pul ayırıb.

xalqxeber.az-ın xəbərinə görə, qeyd olunanlar üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Bu vəsaitin 2 milyonu 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri, 1 milyonu isə abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub.

***

Prezident İlham Əliyev həmçinin, Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə üç milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün iki milyon manat, 40 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün bir milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər

XƏBƏR LENTİ