Azərbaycanın məşhur elektronika şirkətlərinin külli miqdarda borcu var (SİYAHI)
Azərbaycanda elektronik avadanlıqların satışı ilə məşğul olan şirkətlərin külli miqdarda vergi borcu var.
Bu sırada ilk yerdə "Optimal Electronics" qərarlaşıb.
Qanuni təmsilçisi Əsgərov Əhəd Tofiq oğlu olan "Optimal Electronics"in Dövlət Vergilər Xidmətinin Lokal Gəlirlər Xidmətinə 321994.90 manat vergi borcu yaranıb.
Qanuni təmsilçisi Cəlil Əhmədov Mirqiyas oğlu olan "Protech Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinin 272898.43 AZN vergi borcu var.
"Mi Telecom Corporation" Məhdud Məsuliyyətli Cəmiyyətinin 164179.20 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisi İsmayilova Fidan Natiq qızıdır.
Qanuni təmsilçisi Çingiz Hümmətov Ələskər oğlu olan "KL Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinin 76548.1 AZN vergi borcu yaranıb. Bu şirkət barəsində səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 813715.64 manat əlavə vergi, 615384.62 manat maliyyə sanksiyası hesablanıb.
Qanuni təmsilçisi Etibar Məmmədov Aydin oğlu olan "United Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinin 41904.91 AZN, qanuni təmsilçisi Rüstəmov Eldar Fərrux oğlu olan "Az Invest Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin isə 38408.85 manat vergi borcu var.
Qaynarinfo

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?