XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda daha bir yüksək vəzifəli məmur saxlanıldı

Azərbaycanda daha bir yüksək vəzifəli məmur saxlanıldı

Azərbaycanda daha bir yüksək vəzifəli məmur saxlanıldı
4-11-2017, 14:18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisi barəsində

Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün K.İsgəndərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatın məhkəməyə təqdim edilməsi gözlənilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.