Qadını vurub qaçan sürücü istintaqa cəlb edildi
Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib...
Baş Prokurorluqdan daxil olan məlumata görə, belə ki, dekabrın 22-də, saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, “Yeni Qobu” avtomobil yolunda naməlum sürücünün idarə etdiyi avtomobillə yolun kənarı ilə hərəkətdə olan piyada 1940-cı il təvəllüdlü Əliyeva Xalidə Fətəli qızını vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Opel Vektra” markalı 10-UE-602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Zəkiyev Elnur Zabit oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Elnur Zəkiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...