XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "20 yanvar" dairəsində nəqliyyat problem - Taksilər 2 manat oldu...

"20 yanvar" dairəsində nəqliyyat problem - Taksilər 2 manat oldu...

"20 yanvar" dairəsində nəqliyyat problem - Taksilər 2 manat oldu...
30-10-2017, 13:52

Son günlər axşam saatlarında paytaxtın “20 Yanvar” dairəsindən Xırdalan şəhəri, Masazır qəsəbəsi istiqamətinə getmək mümkünsüz hala çevrilib.

Buna səbəb həmin istiqamət üzrə hərəkət edən avtobusların (199, 119, 135) pik saatlarda dolu halda gəlməsi, alternativ kimi istifadə olunan “1 manatlıq taksilər”in DYP əməkdaşları tərəfindən yığışdırılması və fəaliyyət göstərə bilən bəzi taksi sürücülərinin isə qiyməti 2 manata qaldırmasıdır.
Maraqlıdır, belə olan halda insanlar evinə necə getməlidir?

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bildirir ki, hazırda bu cür problemlərin yaşandığı marşrut xətləri üzrə təhlillər aparır:

“Sərnişinlərin rahat formada sərnişin avtobuslarından istifadəsinə imkan verən optimal variantlar müəyyənləşdirilir və həyata keçirilir. Qeyd edilən istiqamətdə də, həmçinin hazırda araşdırmalar gedir”.

Məsələ diqqətimizdədir…

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.