SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazir istefa verməliydi...saxta erməni tarixi dərsliyinə kim göz yumub?

Nazir istefa verməliydi...saxta erməni tarixi dərsliyinə kim göz yumub?

Tarix:

9-10-2017, 09:28

/ 57 954 dəfə oxundu.
Nazir istefa verməliydi...saxta erməni tarixi dərsliyinə kim göz yumub?

Misir Mərdanovun dövründə olmayan rəzil hadisə Mikayıl Cabbarovun dönəmində yaşanır
Söhbət dərsliklərdə qondarma Ermənistan tarixinin yazılmasından gedir.
Ölkənin gündəmini silkələyən bu hadisə barəsində Təhsil Nazirliyi heç bir real açıqlama vermir.
Nazir M.Cabbarovun susqunluğu, “erməni dəyirmanına su tökən” dərsliklərin hazırlanmasına göz yumulması, gələcək nəsillərə zərbə vurulması artıq bəzi siyasi dairələrin ssenarisidir.
Hər halda keçmiş nazir M.Mərdanovun vaxtında Azərbaycan tarixi haqda dərsliklərdə düşmən ölkənin saxta tarixindən həbs olunmurdu.
Məhz belə bir faktlardan biri də 2017-18-ci il tədris ilində 10-cu siniflər üçün hazırlanan Tarix dərslikləridir. Tarix dərsliyində “Böyük Ermənistan” xəritəsi yer alıb.
Bu barədə öz facebook səhifəsində Azərbaycanın tanınmış media təmsilçisi Azər Həsrət məlumat yayıb: “Bu dərsliklər məktəblərə də paylanıb.
Dərslik “Şərq – Qərb” nəşriyyatı tərəfindən hazırlanıb. Orta məktəblərdə buna ciddi etiraz olduğundan, nazirlik bunu ört-basdır etmək üçün dərslikləri say hesabıyla məktəblərdən yığışdırıb. Ola bilər ki, proses hələ başa çatmayıb!
Hər yoldan ötənə dərslik yazdırıb hər yoldan ötəni də bu “dərslik”ləri yoxlamaq üçün ekspert təyin etməyin axırı belə olur. Mövzu diqqətimizdədir.
Müəllif qrupu yazıb, ekspert qrupu da yoxlayıb. Nəşriyyat da ağına-bozuna baxmadan dərc edib. Nazirlik də hazır dərsliyi qəbul edib, məktəblərə paylayıb.
M.Cabbarov isə nə dövlətə, nə xalqa, nə ictimaiyyətə hesabat verir. Belə rəzil hadisədən sonra təhsil naziri istefa verməliydi. Amma təhsil naziri yaxasını kənara çəkərək bu təhsil cinayətindən özünü kənarda tutur, məsuliyyətdən yayınır.
Azərbaycan prezidenti təhsil sektoruna qayğı göstərir, dövlət maliyyə ayırır, məktəblərə pulsuz dərsliklərin paylanması dövlət tərəfindən təmin olunur. Bütün bunlara baxmayaraq, M.Cabbarov M.Mərdanovun rüşvətxor sistemdən beş qat betər olan bir cinayətə göz yumur. Unudur ki, erməni mətbuatı, erməni ictimaiyyəti nəinki indi, gələcəkdə bu dərsliklərdən istifadə edərək gözümüzə soxmağa, gənc nəsilə “böyük erməni tarixi”ni öz silahımızla vurmağa çalışacaqlar.
Məlumata görə, bu məsələ sosial şəbəkələrdə, mediada ciddi rezonans doğurub. Artıq sərt tənqidlər təkcə adı insanlardan yox, iqtidaryönlü şəxslər tərəfindənm səslənməkdədir.
Təhsil nazirinin Prezident Administrasiyasına çağrılaraq danlanması, dərsliklərlə bağlı prosesə nəzarət olunmasına ciddi tapşırıqlar verilməsi gözləniləndir. Hərçənd, Avropa dövlətlərində bu fakt baş versəydi, təhsil naziri istefa verərdi.
Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.
Həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.
Görünür ki, bu məsələdə “5-ci kolon”un da təsiri olub. Bundan başqa, məktəblilərə yol hərəkəti qaydalarını öyrədən dərslikdə kobud səhvlər qeydə alınıb. Dərslik aşağı sinif sagirdlərinə yol hərəkəti haqqında yanlış bilgilər verir.
Bu fikirlərlə “Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib.
Ekspert 3-cü sniflər üçün nəzərdə tutulmuş “Qiymətləndirmə” kitabının müəlliflərini tənqid edərək bildirib ki, uşaqları yanlış istiqamətdə məlumatlamndırmaq təhlükəlidir.
Təkcə nəqliyyatdırmı, əksər dərsliklər səhv, biabırçı, kobud yanlışlıqlarla dolub-daşır. Azərbaycanın gələcəyini məhv edən həmin dərslik müəlliflərinə ən ağır cəza düşməsi ilə bərabər Təhsil Nazirliyinə də ən ağır sözlər yaraşır.
Nazirlik isə yaxasını kənara çəkərək özlərini kənd təsərrüfatı ilə əlaqəli qurum kimi aparırlar. Guya dərsliklərə müdaxilə və nəzarət etmək hüququna malik deyillər.
Amma pul yığmaq, rüşvət götürmək, liseyləri, kollecləri, məktəbləri bazara çevirmək hüququna malikdirlər. 2013-cü ildən sonra ölkənin təhsili Çad, Uqanda, Mozambik təhsil səviyyəsi ilə bərabərləşib.
Bizim ölkədə isə ən böyük zərbələr təhsilə vurulub. 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən kənarlaşdırılıb, xaricdə təhsil proqramı ləğv edilib, büdcədən ən az vəsait təhsilə ayrılıb.
Təhsil işçiləri 150-200 manatın girovuna çevrilib və əlahəzrət korrupsiya özünü bu sahəyə də pərçim edə bilib. O halda M.Cabbarov nəyi dəyişib? - heç nəyi.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ