XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Abşeron rayon təhsil ocağında qanundan kənar oyunlar – Kəmalə Yusubova toxunulmazlığı kim verib?

Abşeron rayon təhsil ocağında qanundan kənar oyunlar – Kəmalə Yusubova toxunulmazlığı kim verib?

Abşeron rayon təhsil ocağında qanundan kənar oyunlar – Kəmalə Yusubova toxunulmazlığı kim verib?
18-09-2017, 09:43

Abşeron təhsilində yeni biabırçılıq olayların cərəyan etməsi ilə üz-üzəyik. Abşeron şəhər 1 saylı tam orta məktəbin direktoru Kəmalə xanım Yusubova demək olar ki, təhsildə əvvələr qazandığı hörməti 1 saylıya təyin edildikdən sonra yerlə yeksan edib. K.Yusubova barəsində qısa aparılan araşdırmadan Əvvəllər Ceyranbatan qəsəbəsindəki məktəbdə direktor işləyən Kamalə xanım, Sumqayıtın hazırkı icra başçısı Zakir Fərəcovun "xeyir-duası ilə” buraya təyin olunub və deyilənə görə, elə ilk gündən məktəbi bazara çevirməyə başlayıb.(irevan-press)Keçmiş direktorun heç ağlının ucundan belə keçməyənlər indiki üçün adi normaya çevrilmişdir. Məktəbdə mütəmadi olaraq müxtəlif bəhanələrlə şagirdlərdən pul yığılması, yalnız direktorun gətirtdiyi malların alınmasının vacib şərt kimi ortaya qoyulması direktorun amiranəliyinə və arxalı olduğuna bariz işarədir. Amma verilən bu məlumatlar bu gün icra etdiyi vəzifə səlahiyyəti əldə etdiyi məktəbdəki durum bunun əksini ifadə etməkdədir. Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılovla bir necə dəfə əlaqə saxlamağa çalışsaqda onu gördüm deyən olmadı.
Rayon İcra hakimiyyətinə təhsildə baş verən çirkin mənzərələrlə bağlı məlumat verilməsinə baxmayaraq orqan heç bir tədbir görə bilmir. RTŞ yeni təyin edilən Nazilə xanım Məmmədova 1 saylının direktoruna söz keçirdə bilməməsinin səbəbi nədir?. Yeni təyin edilməsinə baxmayaraq Nazilə Məmmədova təhsildə şəffavlığı bərqərar etməyə cəhdləri şöbədə olan bəzi korruptiv əməl sahiblərinin işinə gəlmədiyindən əl altından buna maniyyələr yaratmaqdadırlar – desək yerinə düşər.
Daxil olan məlumata görə, Abşeron 1 saylı orta məktəbin direktoru 24 saat dərs və sinif sinif rəhbərliyini 1000 manata satışa çıxardıb. Bundan əlavə məktəbdə aparılan alqı satqıda sinif rəhbərliyinin qiyməti 500 manat dəyəri ilə satılıb.
İmtahandan keçən və yüksək bal toplayan bir saylı məktəbin müəllimlərinə qarşı haqqlarını kobud şəkildə pozan K.Yusubovanın əməlləri müəllimləri RTŞ-yə yox bir başa nazirliyə müraciət etməyə sövq edib. Sinif rəhbəri olmaq istəyən şəxs 500 azn, həm sinif rəhbəri həm də 24 saat dərs istəyən şəxslər isə 1000azn qiymətində məvacib xərcləmək məcburiyyətindədirlər. Bundan əlavə əgər dərs saatını artırılmasını istəyən müəllimələr hər bir saat dərs üçün 50 manat “şirinlik” vermək məcburiyyətindədirlər. Aldığımız məlumata görə, məktəbdə çoxda ürək ağrıdan mənzərə yaşanmaqdadır. Belə ki, hər hansı dəqiq fənn müəlliməsi yüksək bal toplayaraq imtahandan keçməsinə baxmayaraq onun dərs saatlarını rüşvət verən müəllimlərə verdikdən sonra yüksək nəticə əldə edən müəllimə isə əvəzində Əmək və ya Texnologiya dərs saatları təklif edilərək aşağılanmaqdadır. Belə bir mənzərə yaranır bir evdən iki uşaq evni adlı müəllimə tərəfindən təhsil qazanır amma biri onu əmək müəllimi kimi digəri riyaziyyat müəllimi kimi tanıyır.
Və bu hallarla barışmayan məktəbin aparıcı müəllim heyəti nazirliyə müraciət edir. Nazirlik veriln imtahan nəticələrinə nəzər yetirdikdən sonra dərhal müəllimlərin hüquqlarının bərpa edilməsi göstərişini RTŞ-yə verir amma oyun bundan sonra RTŞ daxilindəki direktorlarla iş birliyində olan şəxslər tərəfindən qurulur ki, buda müəllimlərin hara şikayət etməsinə baxmayaraq müdafiə edilmədikləri qənaitinə gəlirlər.
Bu məsələ iki ildir davam edir media üzərində apardığımız araşdırmadanda bəli olub ki, Kəmalə Yusubova barəsində “İrevan-Press” redaksiyasının apardığı araşdırmasında xanım direktor suala cavab əvəzinə jurnalistə rüşvət təklifi edib. Bu təklifin edilməsinə həmkar saytın keçmiş əməkdaşlarından biri belə şərh edib. Verilən məlumatlar dəqiq və faktlara söykənən məlumat olduğundan direktor suallara cavab verə bilmədi və məlumatın dərc edilməməsi üçün bizə rüşvət təklif etdi- deyə media mənsubları yazılarında qeyd edib.
Araşdırmamız davam edir..

Məsələ diqqətimizdədir
Redaksiyadan: Yazıda adları qeyd edilən şəxs və ya qurumun mövqeyini dinləməyə hazırıq.
Gələn yazımızda:

- İradə Gülməmmədova Zakir Fərəcovun təyin etdiyi xanım direktora toxuna bilməməsinin səbəbləri?

- “PİLOT” dərs saatı nədir və bunları kimlər necə əldə edə bilir...?

- Dikrektora tabe olmadıqda müəllimlər necə hədələnir...?

- RTŞ-də Kəmalə Yusubovanın görünməyən dostu Yavər kimdir?

- İl ərzində müəllimlərdən 50 manat yığıb hansı jurnalistləri yola salınıb bununla bağlı kimlərin məlumatı var? Yoxlama zamanı yığılan 50 azn hər müəllimdən hansı məqsədlə yığılır?

- Bayramlarda 10 azn hansı məqsədlə yığılır..?

- Maaş zamanı direktora könüllü pay necə yığılır...?

BakuNews.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.