SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

Tarix:

3-02-2017, 22:36

/ 2 825 dəfə oxundu.
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

Fevralın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın Alimlər evinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Kamal Abdullayevlə görüş keçirilib.

Görüş çərçivəsində akademik Kamal Abdullayevin əsərlərindən ibarət sərgi təşkil olunub. Sərgidə alimin müəllifi olduğu kitablarla yanaşı haqqında yazılmış monaqrafiyalar və dövri mətbuat yazıları da nümayiş olunub.

Tədbiri açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görüşün əhəmiyyətini vurğulayaraq, alimin elmi fəaliyyətindən, bir yazıçı olaraq zəngin ədəbi yaradıcılığından söz açıb. Kamal Abdullayev yaradıcılığına böyük marağın olduğunu qeyd edən akademik İsa Həbibbəyli onun əsərlərinin rus, fransız, ingilis, türk, gürcü, portuqal, yapon və başqa dillərə tərcümə edildiyini deyib.

Sonra akademik Kamal Abdullayev elmi və ədəbi yaradıcılığının əsas istiqamətləri, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları, həmçinin müxtəlif janrda yazdığı bədii əsərləri haqqında danışıb.

Məqsədyönlü fəaliyyət nəticəsində multikulturalizmin bu gün ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırıldığını deyən akademik Kamal Abdullayev hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda yaşayan xalqların dillərinin qorunması, mədəniyyətlərinin inkişafı istiqamətində böyük işlər görüldüyünü söyləyib. Bildirib ki, Ümummilli liderin siyasi xəttini öz fəaliyyətində əsas götürən Prezident İlham Əliyev bu ənənələri davam etdirərək Azərbaycan multikulturalizminin dəyərlərini dünyaya təqdim edir. Eyni zamanda dünyadakı multikultural proseslərdən Azərbaycanda faydalanmağın şərtlərini önə sürür.

Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, AMEA-nın, ali məktəblərin, müxtəlif nazirlik və təşkilatların Azərbaycan multikulturalizminin təbliği və təşviqi yönündə fəaliyyətlərindən də danışıb.

Tədbirdə türkoloq alim, filologiya üzrə elmlər doktoru Aydın Ələkbərov çıxış edib. Akademik Kamal Abdullayevin Azərbaycan dilinin sintaksisinə dair elmi araşdırmalarından, umumilikdə dilimizin və mədəniyyətimizin təbliği ilə bağlı gördüyü işlərdən söz açıb.

Daha sonra Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış edərək Kamal Abdullayev yaradıcılığında fəlsəfi dünyagörüş, humanizmi müdafiə meyilləri, Azərbaycanda multikulturalizm fəlsəfəsinin inkişafına müstəsna xidmətlərindən danışıb.

Tədbirdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, tənqidçi yazar Elnarə Qaragözova, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və başqaları çıxış edərək yazıçı Kamal Abdullayevin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Görüşdə yazıçı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

Şərhlər

XƏBƏR LENTİ