XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sabiq polkovnikə 12 İL HƏBS TƏLƏBİ

Sabiq polkovnikə 12 İL HƏBS TƏLƏBİ

Sabiq polkovnikə 12 İL HƏBS TƏLƏBİ
12-09-2017, 12:56

“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə davam edib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında sabiq polkovnikə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə sentyabrın 15-də davam edəcək.
Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub. O, 2015-ci ilin fevralında həbs edilib. Araşdırma zamanı məlum olub ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa özünü başqa nazirliyinin polkovniki kimi təqdim edərək, onları işə düzəldəcəyi vədini verib. O, həmin şəxslərin pullarını alıb, sonradan verdiyi vədə əməl etməyib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Onu da qeyd edək ki, Ə. Məhərrəmov məhkəmədə ifadəsində zərərçəkmişlərin pullarını yığaraq həbsxanada özünü asan MTN polkovniki İlqar Əliyevə verdiyini demişdi. Əlövsət Məhərrəmova bu əməllərə görə başqa bir cinayət işi açılıb. Hazırda həmin iş Nəsimi rayon Məhkəməsində baxılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.