XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bulvarda müştərilərə belə do gəlirlər...

Bulvarda müştərilərə belə do gəlirlər...

Bulvarda müştərilərə belə do gəlirlər...
25-08-2017, 10:28

Poçtumuza daxil olan məktub dəfələrlə səhifəmizdə söhbət açdığımız bulvarda vətəndaşların başına açılan oyunlardan xəbər verir.
Bulvar idarəsinin rəhbərliyinin bulavarın çayxana və kafelərində hər şeyin qanun çərçivəsində olduğunu deməklərinə baxmayaraq faktlar bunun əksini göstərir.
Şikayətçi yazır:
Hörmətli redaksiya bulvarda yerləşən Su oyunları idamn kompleksinin yannda yerləşən “Relax” çayçısında 1 çaynik çay içmək üçün əyləşdik. Əvvəl bayıra qoyulmuş yumşaq kreslolarda oturmaq istədik. Bizə yaxınlaşan xidmətçi oğlan, bu yerlərin depozitlə olduğunu dedi. Maraqlandıq ki. o nə deməkdir. Xidmətçi oğlan bizi başa saldı ki, bu kreslolarda otursanız, gərək 20 manatlıq çay və ətrafında şirniyyat alasınız. Düzü təəcübləndim. Axı niyə mən nəyə isə məcbur edilməliyəm.Mətbuatda dəfələrlə bulvar idarəsinin məsul şəxsləri bəyan ediblər ki, vətəndaşlar heç nəyi almağa məcbur edilə bilməzlər.lakin “Relax”-sın sahibinə bulvar idarəsinin deyəsən sözü keçmir. Biz o kreslolardan durub dəmir oturacaqlarda oturduq. Bizə çay gəldi. Sadə çay və qənd.
Ən qəribəsi bundan sonra başladı. Hesabı gətirdilər. Aşağıda şəkildə gördüyünüz bir kassa çeki gətirdilər.Nə ünvanı, nə vöeni. Ən gülmlisi isə çayçıda hesaba xiudmət haqqı salmışdılr. Dünyanın hər yerini gəzmişəm, olduum yerlərdə qəhvəxanalarda və restoranlarda olmuşam. Bəli oralarda “xidmət haqqı “ deyilən bir şey var.Siz onu verməyə imtinada edə bilərsiniz.Etik deyil, lakin qanunidir. Amma heç yerdə qəhvəxanada və ya çayxanada sizə “xidmət haqqı” deyilən bir şey təqdim edərək pul iostəməzlər.
Çekin 2-ci sətirindəki "Ekstra"-ni isə onlar heç özləridə bizə başa sala biılmədilər. çaydan başqa bizə hansı “ekstra” xidmət olub və ya nə verilib. Ən gülməlisi və ya ağlamalısı isə onlar bizim çeki götürməyimizə imkan vermədilər. Hər halda şəklini çəkib sizə göndərirəm. Baxın bu adamlar adı vətəndaşları və dövləti belə aldadırlar.
Malikova Nigar.
Deyə bilərik ki:
Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri, habelə Nazirlər Kabinetinin 2001-ci il 3 sentyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq olunmuş nəzarət-kassa aparatları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına icazə verilən ayrı-ayrı kateqoriyalı obyektlər istisna edilməklə Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyicilərinin belə hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmələri müəyyənləşdirilmişdir.
Nəzarət-kassa aparatlarının çeklərində aşağıdakı məlumatlar olmalıdır:
- vergi ödəyicisinin adı;
- VÖEN-i ;
- çekin vurulmasının tarixi və saatı;
- obyektin adı və yerləşdiyi ünvan;
- malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;
- gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
- nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
Göründüyü kimi, yuxarıda qeyd olunan istisnalar nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri belə hesablaşmaları Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməlidilər.
Teref.info olaraq ümüd edirik ki, aidiyyətli orqanlar bu şikayətə aydınlıq gətirəcəklər!
Müştəri çeki özü ilə nəyə görə götürə bilməz?
"Ekstra" yazılan xidmət növü hansıdır və edilməyən xidmətə görə pul almaq qanunidir?
Çayçıda xidmət haqqı almaq nə dərəcədə qanunidir?
""Depozit" yəni 20 manatlıq süfrə açmalısan" tələbi nə qədər qanunidir?
Bütün bu qanunsuzluqların arxasınbda kimlər dayanır?

teref.info
Bulvarda müştərilərə belə do gəlirlər...
Bulvarda müştərilərə belə do gəlirlər...
Bulvarda müştərilərə belə do gəlirlər...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.