“Dənizkənarı Bulvar İdarəsi inhisarçı siyasət aparır” - GİLEY
TİA.AZ bildirir ki,Orxan Əkbərov adlı vətəndaş Dənizkənarı Bulvar İdarəsini inhisarçılıqda ittiham edir. Bu barədə sosial şəbəkə hesabında yazan vətəndaş iddia edir ki, bulvar ərazisində yalnız bulvarın özündən kirayə götürülən scooteri sürməyə icazə verilir:
“Dünən, dostumla Neftçilər prospektində, pulumuzu ödəyərək elektrik scooter kirayə götürdük. Yeraltı keçidlə Dənizkənarı Bulvara keçdik və yeni bulvarda velosiped və scooterlər üçün ayrılmış yerə getdik. Elə təzə başlamışdıq prosesdən zövq almağa DBİ-nin mühafizəsi başladı hər addım başı bizi saxlamağa. Səbəb sadə idi, scooteri Bulvardakı kirayə yerindən götürməmisinizsə burda sürməyə icazə yoxdu.
Deyirəm skuter özümündü, deyir sübut elə, yəni cibində scooteri aldığına dair çeklə gəz. Uzun uzadı yazmağa ehtiyac yoxdu, məntiqsizlik məsələnin hər bir hərfində özünü göstərir.
Bulvar ictimai yerdir və buna baxmayaraq DBİ niyə belə inhisarçı siyasət apararaq əhalini narahat edir?”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...