SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Metro və avtobusda gediş haqqı bahalaşır - 50 faiz

Metro və avtobusda gediş haqqı bahalaşır - 50 faiz

Tarix:

2-02-2017, 10:07

/ 2 129 dəfə oxundu.
Metro və avtobusda gediş haqqı bahalaşır - 50 faiz

Yaxın günlərdə Azərbaycanda şəhərdaxili avtobuslarda və metroda gediş haqları 50 faiz artırılaraq 30 qəpiyə çatdırılacaq. Bu barə müraciətlərə Tarif (Qiymət) Şurasında baxılır və çox güman ki, yaxın günlərdə qərar elan ediləcək. Bu barədə hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, metro və avtobuslarda vahid kart sisteminə keçildiyindən hər iki nəqliyyat növündə tariflərin eyni vaxtlarda artırılması planlaşdırılır.

2017-ci ilin dövlət büdcəsində Metropolitenin dotasiyası 22 faiz – 8 milyon manat azaldılıb. 36 milyon manatdan 28 milyon manata endirilib. Hələ büdcə müzakirləri zamanı ekspertlər dotasiyanın azalmasının qiymət artımına gətirib çıxaracağını proqnozlaşdırırdı.

2016-cı ildə Tarif Şurasının qərarı ilə əhaliyə satılan işıq, qaz və suyun tarifləri artırılıb.

Şərhlər

XƏBƏR LENTİ