SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ermənilər yenə atəşkəsi pozublar

Ermənilər yenə atəşkəsi pozublar

Tarix:

2-02-2017, 10:01

/ 1 877 dəfə oxundu.
Ermənilər yenə atəşkəsi pozublar

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

Müdafiə Nazirliyinə istinadən məlumata görə, Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Şərhlər

XƏBƏR LENTİ