XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Dünən hava rekord həddə isti olub - Rəsmi

Dünən hava rekord həddə isti olub - Rəsmi

Dünən hava rekord həddə isti olub - Rəsmi
10-08-2017, 11:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 2017-ci il avqustun 09-da müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.

Qurumdan daxil olan açıqlamada bildirilir ki, departament tərəfindən əvvəlcədən xəbər verildiyi kimi bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 09-da Abşeron yarımadasında 40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb ki, bu da 2015-ci il 02 avqustda müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub. Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.