SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Fəvvarələr niyə işləmir? - Video

Fəvvarələr niyə işləmir? - Video

Tarix:

4-08-2017, 14:52

/ 106 341 dəfə oxundu.
Fəvvarələr niyə işləmir? - Video

Yayın bu qızmar günlərində Bakı parklarında fəvvarələr işləmir.

«Fəvvarələr bağı»nın, Malakan bağının, Bakı Bulvarının da yay mövsümündə ətrafda sərinlik yaradacaq fəvvarələri günortalar işləmir.

Parkda dincələn paytaxt sakini Fəxrəddin Əliyev deyib ki, 38-40 dərəcə istilərdə belə fəvvarələrin işlədiyini görməyib. Parklarda dincələn digər sakinlər də eyni fikirləri səsələndiriblər.

Məsələ ilə bağlı park işçiləri bildirdilər ki, fəvvarələr səhər saat 09:00dan 12:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək işləyir. Fəvvarələrin digər saatlarda işləməməsinə isə əsası olmayan səbəblər göstərdilər. Hər il yay mövsümündə gündəmə gələn bu problem isə hələ də öz həllini tapmır.

Şərhlər

XƏBƏR LENTİ