Fəvvarələr niyə işləmir? - Video

«Fəvvarələr bağı»nın, Malakan bağının, Bakı Bulvarının da yay mövsümündə ətrafda sərinlik yaradacaq fəvvarələri günortalar işləmir.
Parkda dincələn paytaxt sakini Fəxrəddin Əliyev deyib ki, 38-40 dərəcə istilərdə belə fəvvarələrin işlədiyini görməyib. Parklarda dincələn digər sakinlər də eyni fikirləri səsələndiriblər.
Məsələ ilə bağlı park işçiləri bildirdilər ki, fəvvarələr səhər saat 09:00dan 12:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək işləyir. Fəvvarələrin digər saatlarda işləməməsinə isə əsası olmayan səbəblər göstərdilər. Hər il yay mövsümündə gündəmə gələn bu problem isə hələ də öz həllini tapmır.