XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Mağazalarda istifadə müddəti bitmiş məhsullar satılır - VİDEO

Mağazalarda istifadə müddəti bitmiş məhsullar satılır - VİDEO

Mağazalarda istifadə müddəti bitmiş məhsullar satılır - VİDEO
4-08-2017, 14:36

Bakıda, mağazalardan birindən alınan kökə kifli çıxıb.

Araşdırma nəticəsində məhsulun istifadə müddətinin çoxdan bitdiyi məlum olub. Bu məhsulun məhz uşaqlar tərəfindən daha çox istifadə edildiyini nəzərə alsaq ciddi təhlükə ilə qarşı-qarşıya gəlirik.

İstehsalçı qanunları pozduğundan xəbərsiz olduğunu bildirsə də, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, qanunla belə müəsissələr 1500 AZN məbləğində cərimlənməlidirlər. Bununla yanaşı mağaza sahibləri də vaxtı keçmiş məhsullar satdığına görə cəzalanmalıdır.

Alıcılar isə məhsul alarkən bu məqamlara diqqət etməlidirlər: məhsulun üzərində istehsalçı müəssisənin adı, istehsal tarixi, istifadə müddəti və ya son istifadə tarixi, qida dəyərliliyi, tərkibi, müvafiq standartı və s. haqda bilgilər öz əksini tapmalıdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.