SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əlavə yerləşdirmə üçün qeydiyyat başladı

Əlavə yerləşdirmə üçün qeydiyyat başladı

Tarix:

9-09-2024, 18:08

/ 713 dəfə oxundu.
Əlavə yerləşdirmə üçün qeydiyyat başladı

 Sentyabrın 9-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirilib ki, abituriyentlər https://portal.edu.az/ sistemi vasitəsilə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 16 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Şərhlər

XƏBƏR LENTİ