SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mikayıl Cabbarovun 10 minlik bisavad ordusu: DİM sədri naziri ifşa etdi

Mikayıl Cabbarovun 10 minlik bisavad ordusu: DİM sədri naziri ifşa etdi

Tarix:

2-08-2017, 09:50

/ 58 545 dəfə oxundu.
Mikayıl Cabbarovun 10 minlik bisavad ordusu: DİM sədri naziri ifşa etdi

Azərbaycan təhsili post Misir Mərdanov dövründə uçuruma yuvarlanıb
Mikayıl Cabbarovun sürüklədiyi bataqlıqda çabalayan və boğulmaqda olan ölkə təhsili heç də Mərdanovdan sonra irəliləmədi.
Hətta belə desək, onun vaxtında müəyyən müsbət məqamlar var idi. Mikayıl Cabbarovun isə saymazyana, təkəbbürlü davranışı, biganəliyi və laqeydliyi ölkə təhsilini məhvə aparmaqdadır.
Bunu sətirlər yox, faktlar deyir. Bu ilki qəbul imtahanında 10 min nəfər 100 baldan aşağı nəticə göstərib. Bu 10 min bisavad nəsil deməkdir. Bu 10 min nəfər gələcəyin biliksiz, təhsilsiz ailə başçıları deməkdir.
Ancaq Feysbuk, tvitter, yüksək texnoloji inkişaf dövründə Azərbaycan təhsilini geriyə aparan eynəkli, intellektual nazir heç bir tərəqqiyə doğru addım atmır.
Belə ki, I qrup üzrə yaz imtahanında iştirakçıların 50 faizdən çoxu təxminən 162 bal, yay imtahanı iştirakçılarının isə yarıdan çoxu 193 bal nəticə göstərib.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, yaz imtahanlarında iştirak edən 65 min insanın 53 mini ikinci dəfə yay imtahanına da yazılıb: “Yay imtahanı üçün yazılan 10 min nəfərin ilkin nəticələri bizdə yox idi, çünki yaz imtahanında iştirak etməmişdilər.
Builki qəbul imtahanlarının özəlliyini nəzərə alsaq, onlara iki dəfə şans verdik. Təqribən 10 min nəfər yay imtahanına yazılmadı. Bu da 100 baldan aşağı nəticə göstərənlər idi.
Təbii ki, istisna hallar da var idi, bu da yaz imtahanlarında, yəni ilk şanslarında 700 bal toplayan abituriyentlər olub və onların ikinci şansa ehtiyacı yox idi”.
DİM sədri naziri bu statistika ilə ifşa etmiş olub. 2017-ci ildir və Azərbaycan təhsilində heç bir inkişafa nail olunmayıb.
Məktəblərdə, liseylərdə, peşə məktəblərində, kolleclərdə, texnikumlarda, universitetlərdə rüşvət, tədrisin aşağı səviyyədə olması reallıqdır.
Bundan nə qədər yazsan da, xeyri olmur. Nəticə də göz qabağında: imtahanda 10 min nəfər 100 bal toplaya bilməyib. 10 min bir böyük qəsəbənin əhalisi deməkdir.
Mikayıl Cabbarovun nazir təyinatından sonra təhsil ictimaiyyətinin gözlədiyi müsbət yeniliklərin baş verməməsi də rəhbərliyin diqqətindən yayınmayıb.
Təhsil ocaqlarında korrupsiya və rüşvət halları əvvəlki illərdəki kimi davam etməkdədir. Təhsil naziri də daxil olmaqla bir neçə nazir postu ilə vidalaşmalı olacaq.

Şərhlər

XƏBƏR LENTİ