SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İki nazirin süqutu: “Cənab prezident, Oqtay Şirəliyevlə Mikayıl Cabbarov niyə rayonlara gəlmir?”

İki nazirin süqutu: “Cənab prezident, Oqtay Şirəliyevlə Mikayıl Cabbarov niyə rayonlara gəlmir?”

Tarix:

25-01-2017, 00:22

/ 2 686 dəfə oxundu.
İki nazirin süqutu: “Cənab prezident, Oqtay Şirəliyevlə Mikayıl Cabbarov niyə rayonlara gəlmir?”

Ölkənin təhsil və səhiyyə sektoru uçuruma gedir. Əli İnsanov və Misir Mərdanovdan sonra da bu sahələrdə irəliləyiş müşahidə olunmadı

Gələn çoxsaylı şikayət məktublarında Oqtay Şirəliyevlə Mikayıl Cabbarov rayonlara dəvət olunur.

Onlar regionlardakı vəziyyətlə qəti şəkildə maraqlanmırlar. Bütün bölgələr üzrə məktəblərdə, xəstəxanalarda özbaşınalıq, məsuliyyətsizlik, rüşvət və səhlənkarlıq hökm sürür.

Konkret faktlar və müraciətlər olanda da, ümumi vəziyyət barədə şikayətlər gələndə də hər iki nazir məsələlərin üzərindən sükutla keçir. Əhalinin ən çox narazılıq etdiyi məqam onların rayonlara səfər etməməsidir.

Məktublarda prezident İlham Əliyevdən xahiş olunur ki, nazirlərin regionlara səfərlərinin yenidən təşkil olunmasına müvafiq tapşırıqlar versin:

“Cənab prezident, təhsil və səhiyyə cəmiyyətin inkişafının onurğa sütunlarıdır. Bu iki sahədəki nöqsanlar aradan qaldırılmasa, heç zaman Almaniya, Hollandiya, İsrail, İsveç və ya Avstriyadakı sivil cəmiyyətlərdən qurmaq mümkün olmayacaq.

Təəssüf ki, nə Şirəliyev, nə Cabbarov rayonlara görüşlər keçirir, insanların problemlərini dinləyir.

Təhsil naziri Avropa təhsili görüb, daha müasir düşünür və o, daha çox can atmalıdır. Məktəblərdə yenə fond pulu, dərsə davamiyyətin aşağı olması, təhsil şöbələrində özbaşınalıq var.

Eyni sözləri səhiyyə naziri üçün də söyləmək olar. Xəstəxanalar, səhiyyə şöbələri, tibb məntəqələri rüşvət yuvasıdır. Həkim səhlənkarlığı, pasientlərə qarşı kobud münasibət, laqeydlik davam edir”.

Gələn çoxsaylı şikayət məktublarında Oqtay Şirəliyevlə Mikayıl Cabbarovun fəaliyyətindən ciddi narazılıq var.

Məhz səhiyyəmiz bu vəziyyətdə olduğuna görə ölkə vətəndaşı Gürcüstana, İrana, daha imkanlı olanlar Avropaya üz tutur. Ölkə vətəndaşı ölkə səhiyyəsinə etibar etmir.

Hamı başa düşür ki, bu ölkədə vətəndaşın həyatı deyil, verdiyi pul önəmlidir. Hamı bilir ki, xəstəyə qazanc kimi baxılır və sağlam adama xəstə diaqnozu qoyulur.

Cabbarovun nazir dövründə nə qəbul imtahanlarında keçid balları qalxıb, nə təhsilin keyfiyyəti. Məktəblərdə, universitetlərdə, kolleclərdə rüşvət ayaq açıb, yeriyir.

Rektorlar, məktəb direktorları bazar açıblar. Nazirlik heç bir iş görmür. Yenə də pul yığımı, yenə də soyğunçuluq var. Cabbarovun istefası labüddür.

Şərhlər

XƏBƏR LENTİ