XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » DİN xüsusi əməliyyat keçirdi: 10 kibercinayətkar həb olundu

DİN xüsusi əməliyyat keçirdi: 10 kibercinayətkar həb olundu

DİN xüsusi əməliyyat keçirdi: 10 kibercinayətkar həb olundu
1-08-2017, 15:32

Respublikanın daxili işlər orqanları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində keçirilən xüsusi əməliyyat tədbiri nəticəsində 10 nəfərdən ibarət cinayətkar qrup ifşa olunub.

DİN-dən verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, qrup üzvləri qanunsuz əldə etdikləri xarici ölkə vətəndaşlarına aid bank kartlarından respublika ərazisində onlayn ödənişlər edib, müxtəlif hesablara külli miqdarda pul vəsaiti köçürüb və vətəndaşların bank hesablarından oğurluq etməyə cəhd göstəriblər.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-1, 177.3.2 və 272.2.2-ci (elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq, kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə Sumqayıt şəhər sakinləri Ruzigar Bəylərov, Həmid Əzimzadə, Səbuhi Quliyev, Bakı şəhər sakini Elnur Ağayev, Laçın rayonunda anadan olmuş Elxan Abdulkərimov və qrupun digər üzvləri müvafiq maddələrlə təqsirli bilinərək həbs olunub.

Hazırda onların analoji cinayət əməllərinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.