SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildi

Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildi

Tarix:

3-07-2024, 19:43

/ 686 dəfə oxundu.
Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildi

 İyulun 3-də İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məsciddə təkcə imam olmaq istəyənlərdən 9-u keçid balını toplaya bilməyib.

İmtahan verənlərdən yalnız 8 nəfər yetərli balı yığmağı bacarıb. Ümumilikdə isə 15 nəfərin vakant yerlərə balı çatmayıb.

Qeyd edək ki, keçid balı 26 olub. İmtahanda maksimum yığılacaq bal isə 36-dır.İyulun 3-də İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məsciddə təkcə imam olmaq istəyənlərdən 9-u keçid balını toplaya bilməyib.

İmtahan verənlərdən yalnız 8 nəfər yetərli balı yığmağı bacarıb. Ümumilikdə isə 15 nəfərin vakant yerlərə balı çatmayıb.

Qeyd edək ki, keçid balı 26 olub. İmtahanda maksimum yığılacaq bal isə 36-dır.

Şərhlər

XƏBƏR LENTİ