Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır
Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyanın “OOO Aeroekspress Media” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin ümumi dəyəri 484 min 501 manat 37 qəpik təşki edir.
Müqavilənin şərtlərinə görə, “OOO Aeroekspress Media” şirkəti Dövlət Turizm Agentliyinin sifarişi əsasında Rusiyada “Aeroexpress” qatarları üzərində, eləcə də hava limanlarında yerləşən dəmiryolu vağzallarının platforma sütunlarında və sütunların yanında yer alan asılqan lövhələrdə təbliğat xarakterli məlumatlar yerləşdirəcək.
Məlumat üçün bildirək ki, “OOO Aeroekspress Media” şirkətinin əsas sahiblərindən biri özbək əsilli Rusiya milyarderi İsgəndər Mahmudovdur. “Forbes” nəşrinin hazırladığı “Dünyanın ən zəngin insanları” siyahısında 312-ci sırada olan İsgəndər Mahmudovun 8,3 milyard dollar sərvəti olduğu bildirilir.
Qeyd edək ki, İsgəndər Mahmudova Rusiyanın “mis kralı” deyilir. Ruisyada mis istehsalının təxminən yarısı İsgəndər Mahmudova bağlı şirkətlərin nəzarətindədir.
Onu da bildirək ki, İsgəndər Mahmudov ABŞ tərəfindən sanksiya tətbiq edilən rusiyalı iş adamları arasında yer alır. Dövlət Turizm Agentliyinin müqavilə imzaladığı “OOO Aeroekspress Media” şirkəti isə Ukraynanın sanksiya tətbiq etdiyi şirkətlərdən biridir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?