SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vecsizlik, rüşvətxorluq, dilənçilik... Nazir təcili 3 saylı Sabunçu xəstəxanasına çağırıldı

Vecsizlik, rüşvətxorluq, dilənçilik... Nazir təcili 3 saylı Sabunçu xəstəxanasına çağırıldı

Tarix:

24-07-2017, 11:08

/ 66 591 dəfə oxundu.
Vecsizlik, rüşvətxorluq, dilənçilik... Nazir təcili  3 saylı Sabunçu xəstəxanasına çağırıldı

Bir qrup Sabunçu rayon sakini səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib
Verilən şikayətdə 3 saylı Sabunçu xəstəxanasının həkim korpusundan bəhs olunur.
Sabunçu sakinləri bildirirlər ki, nə Suriyada, nə Somalidə belə tibb müəssisəsi var. Onların sözlərinə görə, qapıdan girən çıxana kimi pul paylayır və sözün əsl mənasında ölkənin ən dilənçi xəstəxanası 3 saylı adlana bilər.
Sakinlər deyirlər ki, xəstəxanada rüşvət də yoxdur. Çünki rüşvət bu tibb mərkəzi üçün çox hörmətli sözdür. Burada həkimlər və tibb bacıları az qala əl açıb pul istəyirlər. Hətta əllərində imkan olsa ianə kampaniyası keçirib sədəqə yığarlar.
Belə sərt ifadələr səsləndirən rayon sakinləri deyirlər ki, nazir təcili şəkildə komissiya göndərməli, prezident tapşırıq verməli, 3 saylı xəstəxanada köklü olraq dəyişməlidir.
Burada nə xəstəyə baxan var, nə həkimlərin diaqnozları və yazdıqları dərmanlar düzgündür, nə də pulsuza müayinə mümkündür.
Ümumiyyətlə, pasient bura gələndə özünü bazarda hiss edir. İllərdir ki, sözügedən tibb ocağında ölüm də olub, özbaşınalıq da, insident də, rüşvət yığılması da...
Amma heç bir tədbir görülmür. Ona görə də ən kasıb insanlar bura üz tuturlar ki, nəticədə həkim korpusu onları soyub buraxır, dərdinə də dərman eləmir.
Oxşar problemlə bağlı cebhe.info saytının reportyoru da yazıb. Jurnalistin reportajında gördükləri və müşahidə etdiklərini oxuyanda dəhşətə gəlməmək mümkün deyil.
Yazıdan sitat: “Gördüyümüz mənzərələr dillə ifadə edəcək gücdə deyil. Bəlkə də həyatımda bu qədər məsuliyyətsiz, səhlənkar, vecsiz xəstəxana və işçi heyəti görməmişdim. Qohumumun ginekoloji məsələdə yaranmış narahatlığı ona təcili həkim müdaxiləsini tələb edirdi.
Boydan-boya boş-bekar oturmuş tibb bacısı, mühafizəçi xanımların biri belə xəstə təlaşına, xəstə narahatlığına, təcili tibbi yardıma ehtiyaca nəinki qaçdı, heç tükünü tərpətmədi də... Həkim istədik...
Qapıçı xanım: “Nə olub, nə xəbərdi, indi çağırırıq daa...” deyə bağırdı. Əgər bu ifadəni çığırdı desəydim, daha yumşaq çıxardı. Ona görə də bağırdı deyə ifadə edirəm. Bir qədər də gözlədik...
Sonra, “Aidə doktor, Aidə doktor” deyə “qapıçı” həkimə səsləndi. Hələ qohumumun vəziyyətindən söz açmıram. Adam həm ağrıdan, həm də qanaxmadan əziyyət çəkir...
Dilə gəldim, “bəlkə xəstəmizə baxasız, vəziyyəti ağırdır” dedim. Bizə sadəcə nəzər salıb, yenə gah hamilə xəstəyə, yeni gələn xəstələrə, gah da oturub gözləyənlərə tamaşa etdi. Bir sözlə, keflə hərəkət edirdi...Xəstəmizə “USB-ya getmisən?
Ora get, əvvəlcə orada müayinə olun”. Elə “USB-dan bura yönləndirdilər” demişdik ki, “of, indi mənə ağıl öyrədəcəksiz, gedin dedim ora, dayanın elə mən də ora gedirəm, sizi aparım”.
Hamilə qadın, biz və həkim USB-nin yerləşdiyi və xeyli ara məsafəsi olan binaya getdik. Əvvəlcə, hamilə xanim müayinə olundu. Qadına dərhal müalicə müdaxiləsinin gərək olduğu bildirildi. Çünki açılış başlanmışdı və davam edirdi.
Qadın hər an uşağını itirmə təhlükəsi ilə üz-üzə qalmışdı. Həkim də USB-nin dediklərini təsdiqlədi və xəstəyə elə bu andan etibarən xəstəxanada yatmağı tövsiyyə etdi. Xəstə isə kövrələ-kövrələ “əlbəttə nə məsləhət görürsüzsə edək” deyə çarəsiz dilləndi: “Təki uşağa bir şey olmasın 8 ildən sonra tapmışam onu...”.
Bizim xəstə də USB müayinəsindən keçdi və təkrar öz ayaqları ilə həkimin oturduğu şöbəyə qayıtdıq. Qeyd edim ki, hər iki xəstədə qanaxma problemi var və dərhal onun kəsilməsi üçün həkim müdaxiləsi lazımdır.
Həkim isə keçib öz otağında rahatca sərələndi və heç nə olmamış kimi işinə davam etdi. Hər iki xəstə isə dəhlizdə imdad hayındadır. Bu yazını oxuyan və oxumayan hər kəsə də diləyimiz odur. Tanrı yolunuzu 3 saylı Şəhər Klinikasına salmasın...

Şərhlər

XƏBƏR LENTİ