SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “ Xəstənin diri girib ölü çıxdığı “ "Sabunçu” Xəstəxanası

“ Xəstənin diri girib ölü çıxdığı “ "Sabunçu” Xəstəxanası

Tarix:

6-12-2018, 14:20

/ 3 325 dəfə oxundu.
“ Xəstənin diri girib ölü çıxdığı “ "Sabunçu” Xəstəxanası

Bir neçə il öncə Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində "Sabunçu” Xəstəxanasında böyük maxinasiyalar aşkara çıxarılmışdı. Yoxlama zamanı məlum olmuşdu ki, 150 min manatadək dövlət vəsaiti mənimsənilib. Əsas qanun pozuntusu isə invertar və xidmətlərin alışı zamanı tender qaydalarına əməl edilməməsi ilə bağlı olub. Bəzi dövlət müəssisələrində olduğu kimi, burada da işçilərin adından artıq əməkhaqları yazılaraq böyük həcmdə pullar silinib. Qeyd edək ki, baş həkim Xəlil Məmmədov vəzifəsindən azad olunduqdan sonra yerinə isə Fikrət Zeynalov təyin edildi.
Şəhərdə adla tanınınan, “ xəstənin diri girib ölü çıxdığı “ xəstəxana kimi tanınan bu səhiyyə ocağının yeni təyinatdan sonra düzələcəyi ehtimal edilirdi.
Amma əksinə oldu. Əvvala baş həkim təyin edilən Fikrət zeynalov haqda. Fikrət Zeynalov Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır.
Qeyd edək ki, Zeynalovların daha bir qardaşı yüksək vəzifədə çalışır. Bu, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovdur.

Özəl xəstəxanadan daha baha

3 saylı Şəhər Klinik Xəstəxanası paytaxtın ən böyük xəstəxalarından biridir. Ümumi ərazisi 5 hektara yaxındır. 17 korpusdan ibarətdir. Ən böyük şöbələri urologiya,kardiologiya, cərrahiyyə, uşaq və doğum şöbələridir. Nəzərinizə çatdıraq ki, xəstəxana əsasən kriminal hadisələr, qəzalar zamanı yaralananları qəbul edir, əhalinin aztəminatlı təbəqəsi ilə işləyir. Bundan əlavə, səhiyyə nazirliyinin qərarı ilə şəkərli diabet xəstəsi olan hamilə qadınlar yalnız 3 saylı xəstəxanaya göndərilirlər. Xəstəxana üçün yaranan bu üstünlük- diabet xəstəsi olan hamilə qadınların digər xəstəxanalara üz tuta bilməmələri burada rüşvətin alovlanmasına səbəb olur.
Mozalan.az-ın əldə etdiyimiz məlumata görə, bu xəstəxanada doğuşun "qiyməti” 600- 1500 manat arasındadır. Xəstəxanaya məlum səbəbə görə gələn hər kəslə həkimlər və tibb bacıları tərəfindən açıq bazar sövdələşmələri aparılır. Burada alınan rüşvət bununla yekunlaşmır, xəstənin qaldığı hər gün üçün əlavə olaraq müəyyən adlar altında rüşvət alınır. Yaranmış acınacaqlı və qanunsuz vəziyyətə etiraz edib pulun nəyə görə alındığını soruşduqda isə tibb bacıları açıqca həmin məbləğin şöbə müdirinə, baş çatdığını deyirlər. Həkim və tibb bacılarına müəssisənin dövlətə aid olduğunu, xidmətin, dərman preparatlarının pulsuz olmalı olduğunu deyəndə isə gülərək insanlardan ironiya ilə harada yaşadıqlarını soruşub bu xəstəxananın adının dövlət xəstəxanası olduğunu deyirlər.
Xəstəxanadakı tibb bacıları və təmizliyə baxanlar da həkimlərindən geri qalmırlar. Pul vermək istəməyən xəstələrin palataları gec təmizlənir, bəzi hallarda isə xəstələr özləri dizə çıxan zibilə dözməyib əllərinə süpürgə alıb palatalarını təmizləyirlər. Məlumata görə, bu xəstəxanada həttə təmizliyə baxan işçilərə və tibb "gündəlik haqq” qoyulub bunun Fikrət Zeynalovun qəti göstərişi olduğunu bildirib. Sabunçu xəstəxanasındakı qiymətlər heç də Bakıda fəaliyyət göstərən özəl klinikalardan geri qalmır. Belə ki, burada ultrasəs müayinəsinin qiyməti 10-20 manat arasındadır. Xəstəxanada "UZİ"-dən keçən xəstələr 20 manat, bronxların və ağciyərlərin rentgeni 15 manat, ürəyin kardioqramması 20 manat, mədənin endeskopiyası isə 20-25 manata başa gəlir. Bundan əlavə həkimlərin müayinə haqqı 20-30 manat civarındadır. Ən acınacaqlı hal isə budur ki, alınan pulun müqabilində ğeşəkar xidmət yoxdur.

Futbolçu, üzgüçü və korrupsioner

Məlumatda daha sonra deyilir ki, doğuş şöbəsindən başqa xəstəxananın kordioloji korpusunda da vəziyyət acınacaqlıdır. Burada xəstə yaxınları ilə həkimlər və tibb bacıları açıq-aşkar rüşvət davasına çıxırlar. Həkimlərin tələb etdikləri rüşvəti vermək istəməyən xəstələrin yaxınlarına xəstəxanadakı laboratoriyaların işləmədiyi deyilir və məcburiyyət qarşısında qalan insanlar başqa özəl klinikalara getməyə məcbur olurlar. Xəstaxanada baş verən rüşvətxorluğa və antisanitariyaya baş həkim Fikrət Zeynalovl "göz yumur”. Fikrət həkimin xəstəxanada tüğyan edən rüşvətə "göz yumması”na səbəb isə həkimlərin və tibb bacılarının yığdıqları rüşvətin 50-60 faizinin ona çatdırmalarıdır.
Baş həkimin özü pasientlərindən fərqli olaraq sap-sağlamdır. Yaxşı imkanı, obyektrləri var. Xaricdə dincəlməyi sevir. Yaxşı futbolçudur, üzgüçülüklə məşğul olur.

Bir sözlə hər şeyi yaxşıdı. Bircə baş həkimliyindən başqa. Bu işi zaydı.

Şərhlər

XƏBƏR LENTİ