SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Hindistan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Hindistan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Tarix:

7-04-2017, 16:37

/ 109 367 dəfə oxundu.
Hindistan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Hindistan Respublikasının Prezidenti Pranap Mukherci Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Bu il fevralın 28-də Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan Respublikasının xalqına səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Şadam ki, bu 25 il ərzində ikitərəfli səmimi münasibətlərimiz yaxşı inkişaf etmişdir. Bütün sahələrdə genişlənən bu münasibətlərimiz və siyasi, iqtisadi, enerji, mədəni sahələrdə əməkdaşlığımız, habelə insanlar arasında fikir mübadiləsi qarşılıqlı faydalı olmuş və hər iki regionda sülh, sabitlik və inkişafa əhəmiyyətli töhfə vermişdir.
Hindistanın Azərbaycan ilə çoxşaxəli əlaqələrinin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə və yeni-yeni zirvələr fəth edəcəyimizə səmimiyyətlə inanır və gələcəyə ümidlə baxıram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və firavanlıq, həmçinin Azərbaycan Respublikasının xalqına davamlı tərəqqi və rifah arzularımı çatdırmaq istərdim.
Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Şərhlər

XƏBƏR LENTİ