İsrail Prezidenti Azərbaycanın dövlət başçısını təbrik etdi
İsrail Dövlətinin Prezidenti Reuven Rivlin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə İsrail xalqı və Dövləti adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.
Azərbaycan Respublikası İsrail Dövlətinin vacib və yaxın tərəfdaşı olmaqla yanaşı, həm də dostu və müttəfiqidir. Bizim tərəfdaşlığımız Azərbaycan və yəhudi xalqlarının qardaşlıq tarixinə, eləcə də millətlərimizin dini tolerantlığı təşviq etmək, nifrəti və antisemitizmi bütün formalarda rədd etmək istiqamətində birgə səylərinə əsaslanır.
İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması münasibətilə Sizi və ölkənizi təbrik edirəm, bu, iqtisadi əlaqələrimizi inkişaf etdirəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq. Yaxın gələcəkdə Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılmasını səbirsizliklə gözləyirəm.
Sizə və Azərbaycan xalqına sülh, inkişaf, sabitlik və firavanlıq diləyir, dostluğumuzun hələ də bizim üçün qoruduğu parlaq gələcəyə ümid edirəm.
Zati-aliləri, Sizə böyük hörmət və ehtiramımı bildirirəm".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...