SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Rəşad Dağlını həbsxanada ziyarət edirik, deyirik səbirli ol” –Meyxanaçı Mehman Əhmədli

“Rəşad Dağlını həbsxanada ziyarət edirik, deyirik səbirli ol” –Meyxanaçı Mehman Əhmədli

Tarix:

7-04-2023, 13:13

/ 490 dəfə oxundu.
“Rəşad Dağlını həbsxanada ziyarət edirik, deyirik səbirli ol” –Meyxanaçı Mehman Əhmədli

 “Dostumuz Rəşad Dağlını həbsxanada ziyarət edirik. Rəşada dəstək oluruq. Çətin vəziyyətdə yanında olmağa çalışırıq. Şükür Allaha, sağlamlığı yerindədir. Azadlıqdan başqa hər şeyi var. Allah qapısın açsın”.

Bu sözləri tanınmış meyxanaçı Mehman Əhmədli Teleqraf.com-a müsahibəsində deyib: “Görüşəndə də özünə deyirik ki, səbrli olsun, ailəsindən narahatlıq keçirməsin. Hər gün məclislərdə olan bir insanın birdən-birə bağlı qapı arxasına düşməsi çox çətindir. Çox böyük stressdir. Çalışırıq, stess keçirməyə qoymayaq”.

Onun sözlərinə görə, Rəşad Dağlının ətrafında olanlar onun ailəsinə dəstəyini əsirgımirlər: “Sağ olsunlar. Hər toy mərasimindən kömək edirlər. Ailəsinə, oğluna baş çəkirlər”.

 

Şərhlər

XƏBƏR LENTİ