SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Azərbaycanlı müğənni İsveçrəyə köçdü

Azərbaycanlı müğənni İsveçrəyə köçdü

Tarix:

20-03-2023, 12:00

/ 1 349 dəfə oxundu.
Azərbaycanlı müğənni İsveçrəyə köçdü

 
Aşıq Ulduz Sönməz müğənni qızı Sədaqət Ulduzun Azərbaycandan köçdüyünü açıqlayıb. 

İfaçı bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, qızını efirdə görünməməsinə səbəb xaricdə yaşamasıdır:

"Qızım ailə qurdu. Həyat yoldaşı İsveçrədə yaşayır, o da oradadır. Burada da evləri var, amma kürəkənim iş adamıdır. İşi də oradadır. Bir dəfə gedib qızımı görmüşəm. Yenə getməyi düşünürəm. İndi Hollandiyaya gəzməyə gediblər, qayıdacaqlar İsveçrəyə".

Qeyd edək ki, 2019-cu ildə ailə quran Sədaqətin Bakıdakı toyu bəysiz olmuşdu. O, oğlan toyunun başqa ölkədə baş tutduğunu demişdi. 

Şərhlər

XƏBƏR LENTİ