SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Tanınmış müğənni “Azercell”dən şikayət etdi: “Mümkün deyil şərləyəsiniz...”

Tanınmış müğənni “Azercell”dən şikayət etdi: “Mümkün deyil şərləyəsiniz...”

Tarix:

30-04-2021, 08:47

/ 1 055 dəfə oxundu.
Tanınmış müğənni “Azercell”dən şikayət etdi: “Mümkün deyil şərləyəsiniz...”

Müğənni Nura Suri “Azercell” mobil operatorundan şikayət edib.
 
Pravda.az N.Surinin şikayətini təqdim edir:
 
““Azercell”in nümayəndələri ad günümdə zəng edib (premium müştəri olduğuma görə) təbrik etdi və hədiyyəni SMS-lə göndərəcəklərini dedi. Mesaj gəldi, fikir vermədim. Dünən yadıma düşdü, dedim bir zəng edim kuratoruma soruşum ki, göndərdikləri nədir:
24 saat ərzində 5 GB və şəbəkədaxili danışıq...
Kuratora dedim ki, bəs mən onsuz da hər ay 25 GB alıram heç işlətmirəm də. Danışıqlar da, internet də “Azercell”ə qalır.
 
Sonra şeytan yoldan çıxardı, mesajı göndərdim. Dedim batmasın, hədiyyə göndəriblər, ayıb olar.
Uzun sözün qısası, 13 dəqiqə sonra mesaj gəldi ki, bəs 5 GB-ı bitirdiniz. Sonra bir mesaj da gəldi ki, 25 GB-dan da 1 GB qalıb.
 
Zəng etdim kuratora (mədəni oğlan idi) dedi ki, nəsə səhv olub, səhər əlaqə saxlayacaqlar. Səhər bir qız (robot kimi danışırdı) zəng edib dedi ki, bütün bu interneti 20 dəqiqə ərzində istifadə etmisiniz.
 
Dedim, mən ofisdə olmuşam, həmin müddət ərzində kameranın qarşısında olmuşuq. Hər şey qeyd olunub. Mümkün deyil, şərləyəsiniz.
 
Hədiyyəniz balıq tutmaq üçün qırmağa taxılan soxulcana bənzəyir. Əlim üzümdə qaldı...”

Şərhlər

XƏBƏR LENTİ