XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Azercell" yenə öz ampluasında: "Zəng edirəm deyirəm sizin başınız qaçıb? Nə 5 gün..."

"Azercell" yenə öz ampluasında: "Zəng edirəm deyirəm sizin başınız qaçıb? Nə 5 gün..."

"Azercell" yenə öz ampluasında: "Zəng edirəm deyirəm sizin başınız qaçıb? Nə 5 gün..."
27-08-2020, 14:16

Azercell şirkətindən şikayətçilərin şikayətlərini dərc etdikcə ard arxası kəsilmir. Lakin nədənsə bu şikayətlərə Azercell şirkətindən heç cavab almırıq. Olsun, biz Azercell şirkətinin müştərilərinin şikayətlərini içtimaiyyətə təqdim etməkdə davam edək, Azercell şirkəti isə susmaqda. Növbəti şikayətçimiz Yusif Qənbərovdur (Юсиф Ганбаров). Yusif Qənbərov Azərcell mobil aperatorunun onu necə cəncələ saldığından şikayət edir. Yusif bəyin şikayətini təqdim edirik:

"Salam əziz xanımlar və bəylər. Biraz uzun yazı olacaq, üzürlü sayın, amma her şeyi dəqiq yazmaq istəyirəm.
Azercell şirkətində işləyənlər varsa daha diqqətlə oxuyun.
Başıma gələn əhvalatı dəqiqliklə danışım və mənə məsləhət edin görəsən nə edim mən bu halla.

Dünən saat 18 30 da S50 paketini İş nomrəmdə aktivləşdirdim(50 azn ödəniş) 0509901030.
Və sms gəldi.
*Siz SERBEST tarifine qoshuldunuz . 15GB Internet, 2000 shebekedaxili, 500 shebekexarici, 2000 tarifdaxili deqiqe elde etdiniz. Tarif her 30 gunden bir avtomatik qaydada yenilenir. "

"10 deqiqeden sonra zeng edesi oldum, zengden sonra görürəm balansdan pul cixir.
Düşündüm bəlkə səhvdir, olur da sistemdə.
Yıgdım *111*1*7# kodunu və mənə mesaj gəlir ki sizin hec bir aktiv paketiniz mövcud deil.
0 internet. 0 dəqiqələr və s. ( Screen edib komment bölməsinə yazacam.)"

"Zəng edirəm, operatora deyirəm bu nədir? Deyir sizdə aktiv dəqiqələr yoxdur.
Sual verirəm
- s50 paketi nə vaxt aktiv olunub?
-Deyir 30 dəqiqə əvvəl.
- mən də deyirəm ki İnterstellar kinosu deilki? 2000 dəqiqəni necə mən 30 dəqiqə ərzində sərf etdim?

Oldu müəllim araşdırılacaq.

Keçir 10 dəqiqə, sms gəlir. Sizin işinizə 5 iş günü ərzində baxılacaq."

"Zəng edirəm deyirəm sizin başınız qaçıb? Nə 5 gün. Səhv sizin, əziyyətini mən cəkim?balanssız qalım və müştəriyə zəng edə bilməyim?
Deyir tez edəciyik narahat olmayın.
Bugün görürəm ki hec nə duzəlmiyib."

"Zəng edirəm və eyni sözləri deyillər.
Mən bu hal ilə nə edim? Kimə və hara şikayət edim? Fakt olaraq mən indi şəxsi nömrəm ilə müştəriyə zəng edirəm və balansımdan pul gedir."
Teref.az yazır ki, Yusif Qənbərovun sosial şəbəkədə yaydığı şikayətə komentari yazan vətəndaş isə situasiyanı belə açıqlayır:
"Rüfət İsmayılov Bircə azercell idi normal Telesonaria vaxtinda o ki onu da azərbaycan monopoliyasina daxil elediler vessalam. Eşşeyi öldü camaatin. Necə internet bularin essəyin öldurdu vatsap zad. İndi Elon Musk qaqamiz da nomreler cixarmaq istəyir limitsiz internet yuksək suret 100mb+ o nomre cixsa vəssalam. Bu bədbaxtlar qanmir ki dunya hansi terefe gedir nələrsə eləmək lazmdi. Ele bugun bacarirgsa bugun soyaq sabaha allah kərimdi prinspiyle yasyrlar."
"Azercell" yenə öz ampluasında: "Zəng edirəm deyirəm sizin başınız qaçıb? Nə 5 gün..."


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.