SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Məşhur müğənninin oğluna iki milyonluq təklif

Məşhur müğənninin oğluna iki milyonluq təklif

Tarix:

16-01-2020, 14:01

/ 1 559 dəfə oxundu.
Məşhur müğənninin oğluna iki milyonluq təklif

Türkiyəli müğənni Özcan Dəniz və oğlu Kuzeyə iki milyon lirə dəyərində reklam təklifi gəlib...
“HaberGlobal”ın məlumatına görə, təklifə müsbət yanaşan müğənni gəliri oğlunun gələcəyi üçün bank hesabına yatırmaq niyyətindədir.

Özcan Dəniz ötən il yataq satışı ilə məşğul olan şirkətlərdən biri üçün reklam çarxına çəkilib. Reklam filminin rejissoru olan Özcan Dəniz çox qısa müddətdə satışları artırıb.

Satışların artmasında məmnun qalan şirkət yeni bir reklam çarxı üçün yenidən Özcan Dənizə müraciət edib. Yeni reklamın uşaq otağı ilə bağlı olacağı üçün şirkət rəsmiləri müğənnidən oğlunu ilk dəfə kamera qarşısına çıxarmasını da istəyiblər.

Şərhlər

XƏBƏR LENTİ