Özcan Dəniz boşanır - Evlilik 15 ay çəkdi
Məşhur türkiyəli müğənni Özcan Dəniz boşanır.
Bu barədə “Kanal D”də yayımlanan “İkinci sayfa” maqazin verilişində məlumat verilib.
İddia olunur ki, sənətçi 15 aydır evli olduğu Feyza Aktanla yollarını ayrılmaq qərarına gəlib. Məlumatda bildirilir ki, boşanmaqda israrlı olan tərəf Özcandır.
Lakin Özcan və Feyza cütlüyünün hansı səbəbdən boşanması barədə hələlik heç bir məlumat yoxdur. Boşanma prosesi ilə bağlı yayım qadağası olduğu üçün detallar açıqlanmır.
Qeyd edək ki, Özcanın 46, Feyzanın isə 26 yaşı var. Müğənni ötən il martın 8-də 15 nəfər qonağın iştirakı ilə Aktanla nikah bağlamışdı.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək