SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Rəqsanənin qızı “papa”sının YENİ FOTOSUNU yaydı: “Mənim canım, varlığım, dəyərlim”

Rəqsanənin qızı “papa”sının YENİ FOTOSUNU yaydı: “Mənim canım, varlığım, dəyərlim”

Tarix:

2-11-2017, 15:29

/ 69 019 dəfə oxundu.
Rəqsanənin qızı “papa”sının YENİ FOTOSUNU yaydı: “Mənim canım, varlığım, dəyərlim”

Hazırda Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova biznesmen həyat yoldaşının şəklini “İnstargam” səhifəsində paylaşıb. İfaçının kiçik qızı Yağmurun atası olan həmin şəxs Moskvada restoran biznesi ilə məşğul olur. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Rəqsanə bu günə qədər həyat yoldaşını mediadan gizlətməyə çalışsa da, indi həm özü, həm də böyük qızı Aysun həmin şəxsin fotosunu sosial şəbəkədə paylaşıb.
Rəqsanə şəkilə “Çox sağ ol ki, qızlarımın arxası, dayağısan”, Aysun isə “Mənim canım, varlığım, dəyərlim, doğmam. Yaxşı ki, həyatımızda varsan, Allah səni bizə çox görməsin. Mənə həyatda atanın nə olduğunu hiss etdirən insan. Yaxşı ki, varımsan, papa” qeydini yazıb. Yeri gəlmişkən, R.İsmayılovanın mətbuata müsahibəsində həyat yoldaşı ilə tanışlıqları ilə bağlı “Uzun illər idi ki, bir-birimizi tanıyırdıq.
Mən onu tanıyanda onun ailəsi var idi. Həqiqətən də bir-birimizə dost kimi hörmət edirdik. Sonra günlərin bir günündə məclislərin birində rastlaşdıq. Mən həmin vaxt bilmirdim ki, o boşanıb. Amma sən demə, bu yetimin gözü lap əvvəldən məndə imiş. Həmin gün də mənə evlilik təklif etdi. Açığı, düşünmürdüm ki, aramızda rəsmi nikah olsun. Çünki ağlıma da gəlməzdi ki, nə vaxtsa ikinci dəfə ərə gedərəm.
Yoldaşımın əvvəlki evlilikdən iki övladı var. 1-ci ailəsindən rəsmən nikahını pozandan sonra qanuni şəkildə mənimlə rəsmi nikaha girib. İki qızım – Aysun və Yağmur da mənim yoldaşımın soyadını daşıyırlar” - demişdi. Sözügedən fotoları oxuculara təqdim edirik.

Cəbhə.info
Rəqsanənin qızı “papa”sının YENİ FOTOSUNU yaydı: “Mənim canım, varlığım, dəyərlim”
Rəqsanənin qızı “papa”sının YENİ FOTOSUNU yaydı: “Mənim canım, varlığım, dəyərlim”
Rəqsanənin qızı “papa”sının YENİ FOTOSUNU yaydı: “Mənim canım, varlığım, dəyərlim”

Şərhlər

XƏBƏR LENTİ