“Atam məni puluma görə istəyir” - Rəqsanənin qızı
“Doğma atamla salam-sağolumuz yoxdur. Ata başqa bir şeydir. Yanımdan keçsə, onu tanımaram”.
Bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova “Səhər-Səhər” proqramına qonaq olarkən deyib.
O, verilişdə anasının indiki həyat yoldaşı Fazil Əmiraslanova “ata” dediyini bildirib:“Çünki mən atamı 14 yaşımda axtarmışam və tapmışam. Amma o insan məni qəbul etmədi. Dedi ki, məni istəmir, bu adda övladım yoxdur. Niyəsini bilmirəm.
Üstündən bir müddət keçdi. Artıq tanınıram və nənəm, anama zəng edirlər ki, atası Aysunu görmək istəyir. Gözüm aydın! İndi pulum var deyə məni görmək istəyir. 10 ilə yaxındır ki, bir atam var, o da anamın həyat yoldaşıdır. Mən atalığı o insanda bilmişəm. O öz uşaqlarından daha çox mənə can yandırır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...