SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Ac-yalavac birini neynirəm?" - Mətanətin toyu təxirə düşdü

"Ac-yalavac birini neynirəm?" - Mətanətin toyu təxirə düşdü

Tarix:

20-09-2017, 13:33

/ 55 772 dəfə oxundu.
"Ac-yalavac birini neynirəm?" - Mətanətin toyu təxirə düşdü

"Sağ olsun mənim dəyərli, əxlaqlı dostlarım, xanım rəfiqələrim. Oxumuşam, o qədər səsimdən həzz alıblar ki, mənə maşın hədiyyə ediblər. Tək maşın yox, nələr hədiyyə bağışlayıblar. Bundan əvvəlki maşınım 50 min dollara idi. Yeni avtomobilim tamam başqadır"

Bu sözləri müğənni Mətanət Əsədova "5/5" verilişinə açıqlamasında deyib. Sənətçi bu günə kimi ona 17 maşın hədiyyə olunduğunu söyləyib.

Bir müddət əvvəl ailə qurmağa hazırlaşdığını deyən M.Əsədova toyun təxirə düşdüyünü söyləyib. Müğənni son günlər sosial şəbəkədə paylaşdığı romantik fotolardan danışıb:

"Toy məsələsini bağladıq. Əgər qarşıma çıxan hərtərəfli məni qane edərsə, sənəti ataram və ərə gedərəm. Mənə ailə önəmlidir. Eyni zamanda da pul önəmlidir. Pulsuz gəlsin qabağımda otursun? Elə olar? Deyim, pulsuz biri yanımda otursun? Bu gülüncdür. Pulum yoxdur deyə, klip çəkdirə, konsert verə bilmirəm. Ac-yalavac birini neynirəm? Ona görə sənət atacam?".

Şərhlər

XƏBƏR LENTİ