SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Çox bədbəxt insanam...” - Mətanət

“Çox bədbəxt insanam...” - Mətanət

Tarix:

29-01-2019, 13:15

/ 1 257 dəfə oxundu.
“Çox bədbəxt insanam...” - Mətanət

Müğənni Mətanət Əsədova “Şou ATV” proqramında müzakirələrə səbəb olacaq açıqlama verib. Sənətçi canlı efirdə şəxsi həyatı ilə bağlı həqiqətləri etiraf edib.

M. Əsədova doğru açıqlama vermədiyini, hazırda sevgilisinin olmadığını söyləyib: “Düzünü deyirəm, sevgilim yoxdur. Qarşıma çıxan mənim xarakterimdə biri olmalıdır. Bir misal var: “Çin məhsulu olan saqqız tez çürüyər”. Həyatımda heç kim yoxdur, bir daha da olmayacaq. Mən bir dəfə sevildim, o da getdi. İndi həmin şəxs evlidir. Allah onu xoşbəxt etsin. Onun yanında özümü xanım kimi hiss edirdim”.

Bundan əlavə, ifaçı verilişdə bədbəxt bir insan olduğunu qeyd edib: “İndi içimdə müharibə aparıram. Onsuz da yarımçıq bir insanam. Bilirsiz nə vaxt xoşbəxt oluram? Gözəl geyimdə, özümə hədiyyə alanda və mahnı oxuyanda çöhrəm gülür. Amma çox bədbəxt insanam, illərdir tək yaşayıram. Özümü yaşamadım, ailəmin həyatını yaşadım. Onlarla bağlı verilən suallar məni narahat edir. Bir gün səhnədə ürəyim partlayıb öləcəm”.

Qeyd edək ki, müğənni bu yaxınlarda sevgilisinin olduğunu, qız toyu edəcəyini açıqlamışdı.

Şərhlər

XƏBƏR LENTİ