Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu
Müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulub. Axşam.az-a istinadən xəbər veririk ki, artıq bir neçə ildir sənətçinin ölkədən getmə hüququ tam məhdudlaşdırılıb.
Bildirilir ki, qoyulan qadağanın səbəbi sənətçinin banka olan avtomobil kredit borcu ilə əlaqədardır. Belə ki, M.Əsədova öz adına kreditlə “Volksvagen” markalı avtomobil alıb. Daha sonra həmin avtomobillə qəza törədərək, onu yararsız vəziyyətə salıb. Uzun müddətdir banka borcu yığılan sənətçinin ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, müğənninin banka olan borcu təxminən 10 min manatdan yuxarıdır.
Həmçinin qeyd edək ki, M.Əsədovanın avtomobillərlə bağlı mətbuata verdiyi açıqlama da var. Sənətçi müsahibələrin birində demişdi ki, səsinin gözəlliyinə görə indiyədək ona 17 avtomobil hədiyyə olunub:
“Sağ olsun, mənim dəyərli, əxlaqlı dostlarım, xanım rəfiqələrim. Oxumuşam, o qədər səsimdən həzz alıblar ki, mənə avtomobil hədiyyə ediblər. Tək avtomobil yox, nələr-nələr bağışlayıblar”.
***
“Qafqazinfo” mövzu ilə bağlı M. Əsədova ilə əlaqə saxlayıb. Sənətçi bu barədə danışmaq istəmədiyini vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...