SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsu poçt müdiri Vasif İsmayılov AZTV-ni İTTİHAM etdi

Ağsu poçt müdiri Vasif İsmayılov AZTV-ni İTTİHAM etdi

Tarix:

5-07-2017, 10:50

/ 64 922 dəfə oxundu.
Ağsu poçt müdiri Vasif İsmayılov AZTV-ni İTTİHAM etdi

Ağsu rayon Poçt müdiri Vasif İsmayılovun qanunları tanımaması ilə bağlı məlumatların dərc edilməsindən sonra şikayətçi vətəndaşa qarşı təzyiqlər edən rəhbər məlumatı yalanlamasını tələb edib. Amma təhkid və təzyiqlərə baxmayaraq V.İsmayılovun qurbanlarından olan Ağsu sakini Şənlik Hüseynov qeyd edib ki, ona psixoloji hücum edən V.İsmayılov şikayətinin geri götürməsini və saytlardan yazıların silinməsini tələb edib. Vasif İsmayılov və onun yaxınları vətəndaşa təzyiqləri zamanı qeyd ediblər ki, “Biz Mikayıl İsmayılovun ən yaxın qohumuyuq sən bizə heçnə edə bilməyəcəksən qanunda hakimdə bizik” deyə Ş. Hüseynov deyib. RYTN tərəfindən idarələrin xidmət avtomobil üçün ayrılan yanacaqdan 1 (bir ton dəyəri 700 manat təşkil edir) ton mavi yanacağı sataraq şəxsi cibinə qoymaqdadı – Ş.Hüseynov qeyd edib.
Qeyd edək ki, Vasif İsmayılov saxta staj alverində kadrlar şöbəsinin əməkdaşı Şəlalə xanımla əlbir olaraq keçmiş poçt rəisi Şıxəliyev Mirəhməd müəllimin adından əmək kitabçalarına imza atmaqdadır. Saxtakarlıqla məşğul olan bu dəstə dövlət büdcəsinin talanmasında böyük rol oynamaqdadırlar. 800-1000 manat qarşılığında kökü olmayan əmək kitabçaları verərək daha sonra həmin stajı məhkəmədə hakimə 300 manat qarşılığında təsdiqlətdikdən sonra vətəndaşın pensiya almasına şərait yaratmaqdadırlar.
Keçən yazılarımızdada qeyd etmişdik ki, öz iş yoldaşının sumkasında əmək haqqı kartını oğurlayan V.İsmayılov Kürdəmir rayonunda ATM bankomatından pul çəkdiyi zaman ATM kamerasına düşmüş və buna görədə polis orqanları tərəfindən şüpəli şəxs qismində həbs edilmişdir. Həbs edildikdən sonra görünməyən qüvvə tərəfindən həbs olunmaqdan qılpayı canın qurtaran Vasif İsmayılov bundan sonrakı fəaliyyətində dahada qədarlaşaraq kartını oğurladığı şəxsə iş yerində sillədə atmağı unutmayıb. Mikayıl İsmayılovun yaxın qohumu olması və rayon əhlinində məsələ ilə bağlı fikirləri bundan ibarətdir ki onun həbs edilərək dustaq həyatı yaşamasının məhs “SOCAR"ın Vitse-prezidenti qarşısını alıb.
II-ci qrup əlil olan Ağsu rayon sakini Şənlik Hüseynov redaksiyamıza məlumat verərkən qeyd edib ki, V.İsmayılov onu Poçt idarəsinə çağıraraq onu otağında təhqir edərək deyib: “Mən Mikayıl İsmayılovun qohumuyam. Sən M.İsmayılovu tanıyırsan kimdir? Mikayıl İsmayılov tək SOCAR-ın Vitse-prezidenti deyil həmçinin o Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailəsinin gündəlik xərclərini təmin edən şəxsdir. Onun sözü nazirlərində sözündən möhtəbərdir. Paytaxtda o ağadır regionda da mən get bildiyini hara istiyirsən de...” – Ş.Hüseynov bu sözləri ona V.İsmayılovun dediyini vurğulayıb.
Vasif İsmayılov sonda Ş.Hüseynov bildirib ki, gedib media qurumlarına şikayət etdin “BakuNews” yazdı amma əvəzində “AzTv” gəldi rayona. Ağsu rayon Azərpoçtun müdiri V.İsmayılovun Ş.Hüseynova dediyi sözlərin bir qismini jurnalist yoldaşlardan birinə də eyni tərzdə vurğulayıb. Yazılarımızdan sonra rayona təşrif buyuran “AzTV” kanalının əməkdaşları onu həmin faktlarla bağlı sıxışdırmış və məsələnin Tv kanalda göstərilməməsinə görə “şirinlik” alaraq onu ziyana salmışlar. Bakunews.az-a bu barədə danışan həmkarımız bizim yazımıza görə kimlərinsə tək “AzTv”-nin yox həmçinin bir neçə adlarını çəkmədiyi sayt rəhbərlərinədə “şirinlik”verərək yazının dərc edilməməsini xahiş etmişdir –deyə qeyd edib. “AzTv” əməkdaşlarını ittiham edən V.İsmayılov onlara rüşvət verdiyin deyib. “AzTV” kanalının əməkdaşlarının şəxsən bu cür addım atacağına biz inanmaq istəməsəkdə V.İsmayılov həmkarımıza dediyi sözlərin hamısının həqiqət olması ilə bağlı adn içib.


Mövzu diqqətimizdədir...

BakuNews.az

Redaksiyadan: Yazıda adı keçən şəxs və ya qurumların mövqeyini dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ