SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kamran Əliyev bu tarixdə vətəndaşları qəbul edəcək

Kamran Əliyev bu tarixdə vətəndaşları qəbul edəcək

Tarix:

31-05-2022, 13:00

/ 628 dəfə oxundu.
Kamran Əliyev bu tarixdə vətəndaşları qəbul edəcək

 
Baş prokuror Kamran Əliyev cari il iyunun 7-də saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy və Daşkəsən rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəmkir rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Şərhlər

XƏBƏR LENTİ