SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçay sakini kimlərdən narazılıq edir... - Müraciət...

Göyçay sakini kimlərdən narazılıq edir... - Müraciət...

Tarix:

14-04-2021, 10:04

/ 563 dəfə oxundu.
Göyçay sakini kimlərdən narazılıq edir... - Müraciət...

Göyçay rayonu Cəyirli kənd sakini Feyzullayev Rahim Zülfü oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ

Vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənə qarşı cinayət əməli törətmiş şəxslər barədə etdiyim şikayət ərizəm əsasında Ağsu rayon prokurorluğunda araşdırma aparılır.
Şikayət ərizəmdə göstərdiyim faktı təsdiq edən subut odur kimi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin apardığı ölçüdür.Həmin İdarənin yerdə apardığı ölçü nəticəsində təsdiq olunmuşdur ki, Göyçay rayonu Cəyirli kənd sakini Səfərəliyev Fərhad Xəlil oğlunun inşa etdirdiyi 20 metrlik talvar 7 metr ölçüdə bizə məxsus 0,68 ha torpaq sahəsiniü üzərinə düşmüşdür.
Ancaq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və Ünvan Reyestri xidmətinin Ağsu LTİ-nin rəisi Rizvan Qəribov və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və Ünvan Reyestri xidmətinin Ağsu LTİ-nin Ucar şöbəsinin müdiri Yaqub İsgəndərovun imzası ilə təsdiq edilmiş 25.08.2020-ci il tarixli mütəxəsis rəyində qeyd edilib ki, "Cavabdeh Səfərəliyev Fərhad Xəlil oğlu tərəfindən inşa edilmiş talvar iddiaçının mülkiyyətinə verilmiş 0,68 ha torpaq sahəsinə düşmür".

Şərhlər

XƏBƏR LENTİ