XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Əhməd getdi, Mübariz hələ qalır... - DAVAMI GƏLİRMİ?

Əhməd getdi, Mübariz hələ qalır... - DAVAMI GƏLİRMİ?

Əhməd getdi, Mübariz hələ qalır... - DAVAMI GƏLİRMİ?
3-04-2021, 10:17

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə axır ki, bu gün 76 yaşında vəzifədən azad olundu. 2006-cı ildən - düz 15 il sözügedən qurumun sədri vəzifəsini icra edən Əhmədzadə erası bitdi.

Bu illər ərzində Əhmədzadə tayfasının adı saysız qalmaqallı, korrupsiya əməlləri ilə dolub-daşan yazılarla yadda qaldı.

Onun fəaliyyəti boyu mətbuatda haqqında yazıların sayı hesabı yoxdur. Hər halda Əhmədzadələrin bu dövlət üçün nə qədər əhəmiyyətli iş gördüyünü, yaxud hansı ziyanlar vurduqları bundan sonra görünəcək. Hələliksə o, sərəncamla vəzifədən uzaqlaşdırıldı.

Bəs onun bu illər ərzindəki fəaliyyəti araşdırılacaqmı? Bəlkə mətbuat adama böhtan atırmış, bəlkə də o fəaliyyəti boyu korrupsiya əməli ilə məşğul olub. Hər halda bu hallar araşdırılmalıdır.

Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın günlərdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində köklü yoxlamaların start götürəcəyi qaçılmazdır. Çünki, onun rəhbəri olduğu qurumda əsasən tender əməliyyatlarının necə aparılması ciddi yoxlamalar tələb edir.

Məlumata görə, yaxın vaxtlarda hakimiyyət Əhməd Əhmədzadənin dəstəyi ilə 12 ildir Zaqatala Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini özəlləşdirən qardaş Mübariz Əhmədzadə ilə də vidalaşacaq. Bu gün baş verənlər bunu deməyə əsas verir.

P.S
Yəqin ki, Əhmədzadələr uzun illər dəstək verdiyi mətbuatdan da kömək umacaq. Bu hal artıq özünü biruzə verməkdədir.

Bizimxeber.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.