Qax rayonunda Əhməd Əhmədzadənin və 73 yaşlı qardaşı Mübariz Əhmədzadənin atasının adına küçə var
Müstəqil araşdılrmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə maraqlı bir faktla bağlı paylaşım edib.
Cvanşir bəyin yazdığına görə Qax rayonunda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin və 73 yaşlı qardaşı, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin atası Cümə Əhmədzadənin adına küçə var.
Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin sosial şəbəkədə paylaşdığı statusunu təqdim edirik:
"Mən anlamıram, Qaxda Cümə Əhmədzadənin adına niyə küçə olmalıdır ki?
Adları mütəmadi olaraq korrupsiyada hallanan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin və 73 yaşlı qardaşı, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin atası olduğu üçünmü? Kim buna razılıq verib? Nə məqsədlə? Cümə Əhmədzadə ümumiyyətlə kim olub, bəlkə mən bilmirəm, bilən varsa yazsın, nə xidmətləri olun bu xalq üçün, ölkə üçün?
Azərbaycanda Allaha şükür, az qala vəzifələrin sayı qədər korrupsioner, yaxud rüşvətxor var, gərək hamısının dədəsinin adı əbədiləşdirilsin?
İnternetdə Cümə Əhmədzadə haqqında axtarış versəkdə heç bir məlumat əldə edə bilmədik. Düzdür nəvə Cümə Əhmədzadənin xaricdə tapılan milyonları haqda bir çox məlumat var idi, lakin baba Cümə Əhmədzadə haqqında heç bir məlumat əldə edə bilmədik ki, Qax rayonunda onun adına hansı əməllərinə görə küçə adı verildiyini öyrənək.
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
Teref.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...